Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Sənət dialoqu”: Sabirabadda Xalq artisti Gülyaz Məmmədova ilə görüş keçiriləcək

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Sənət dialoqu” layihəsi davam edir.

Layihə çərçivəsində mayın 19-u saat 12:00-da Sabirabad rayon Mədəniyyət Mərkəzində Xalq artisti, tanınmış xanəndə Gülyaz Məmmədova ilə görüş təşkil olunacaq.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşəcək tədbirdə Gülyaz Məmmədovanın sənət yoluna nəzər salınacaq, həmçinin xanəndə musiqi və incəsənət məktəblərinin şagirdlərinə ustad dərsi keçəcək.

Qeyd edək ki, “Sənət dialoqu” layihəsinin məqsədi tanınmış mədəniyyət xadimlərinin paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin müəllim və şagirdləri ilə görüşlərinin təşkili, sənətkarların öz bilik və təcrübələrini gənc istedadlarla bölüşməsi, gənc nəslin sənət zövqünün zənginləşdirilməsi, onların yaradıcılıq potensialının stimullaşdırılmasıdır.

Giriş sərbəstdir.

Oxunub: 482

Əlavə olunub: 13.05.2026 08:29

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası