Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şəmkirdə tarixi abidələr haqqında təlim

Mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə hazırlıq səviyyəsinin yüksəldilməsi ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdəndir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət işçilərində müasir peşə təfəkkürünün və kreativ səriştələrin formalaşmasına xidmət edən yeni tədris modulları əsasında səyyar təlim kurslarının keçirilməsi davam edir.
Belə ki, cari ilin 7-9 dekabr tarixlərində Şəmkir şəhər Heydər Əliyev Mərkəzində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin dəstəyi ilə Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin tabeliyində fəaliyyət göstərən abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: Mühafizə problemləri” mövzusunda təlim təşkil olunmuşdur. Təlimin təşkilində əsas məqsəd Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinə tabe olan abidə mühafizəçilərinin sahə üzrə peşəkarlığının artırılmasıdır.
Təlimdə təlimçi qismində AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Memarlıq Abidələrinin Qorunması və Bərpası problemləri şöbəsinin elmi işçisi, BDU-nin müəllimi, Azərbərpa ekspert şurasının üzvü, DİM-də imtahan rəhbəri Elçin Əliyev, Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi, “Yol” jurnalında elmi məsləhətçisi İdris Əliyev, Tarix üzrə fəlsəfə doktoru, dosent AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Xəqani Alməmmədov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, Mədəni irsin qorunması şöbəsinin Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Kadr potensialının təhlili və təlimlərin təşkili sektorunun metodisti Məhbubə Əbilova və aparıcı metodisti Samirə Cəlilova müxtəlif mövzular ətrafında çıxışlar etmiş və fikir mübadiləsi aparılmışdır.
Təlimdə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi üzrə 26 nəfər abidə mühafizəçisi iştirak etmişdir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Oxunub: 353

Əlavə olunub: 12.12.2022 20:19

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz