Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Sədi Şirazinin doğum günü qeyd olunur

Hər il aprelin 20-də İranda tanınmış filosof, şair, fars ədəbiyyatının görkəmli nümayəndəsi Sədi Şirazinin doğum günü qeyd olunur.

Sədi Şirazi XII əsrin əvvəllərində Şiraz şəhərində dünyaya gəlib. Sədi gənc yaşlarında Bağdadda gedərək burada fəaliyyət göstərən “Nizamiyyə” mədrəsəsində təhsil olmağa başlayıb. Bu mədrəsə həmin dövrdə nəinki Yaxın Şərqin eləcə də dünyanın məşhur elm məbədi hesab edilirdi. Sədinin dünyaya gəlişindən 160 il əvvəl səlcüqilər xanədanının vəziri Nizamülmülk tərəfindən yaradılmış bu təhsil ocağında nücum (astranomiya), fəqih (hüquq), həndəsə, cəbr, din, fəlsəfə elmləri öyrədilirdi.

Təhsili başa vurduqdan sonra Sədi uzun səyahətə çıxaraq, Misiri, Hindistanı, Dəməşqi, Anadolunu, Orta Asiyanı gəzir maraqlı elm və ədəbiyyat adamları ilə tanış olur və 30 ildən sonra doğma Şiraza qayıdır.

Şair-filosofun 2 böyük- “Bustan” və “Gülüstan” əsərləri bu gündə aktuallığını itirməyib. Ədib öz əsərlərində qeyd edirdi ki, insanın bir əzası ağrıyanda digər əzalarına da pis təsir göstərir və bütün bədən narahat olur. Bəşəriyyətdə belədir. Dünyanın bir yerində müharibə və münaqişə olanda bütün dünya narahat olur.

Şairin yaşadığı dövr Yaxın Şərqdə təlatümlər dövrü idi. Səlib yürüşləri ilə monqolların Yaxın Şərq yürüşü və xilafətə rəhbərlik edən Abbasilər sülaləsinin süqutu ictimai münasibətləri gərginləşdirmişdir. Bununla əlaqədar olaraq Sədi Şirazi yazırdı:

Dünyanı gəzib ölkələri başdan başa gördüm,

And olsun insanlığa ki, insanlıqdan əsər görmədim.

Sübh vaxtı başında qızıl tac olan kəsin

Axşam namazında başı altında kərpic gördüm.

Sədinin bu misraları həmin dövrün ab-havasını səciyələndirirdi.

Sədi dində təriqətlərin bir-biriləri ilə mübarizəsinin əleyhinə çıxırdı və qeyd edirdi ki, Allahın unudulduğu yerdə xeyir bərəkətdən söhbət gedə bilməz.

Şiraza qayıtdıqdan sonra mədrəsədə müəllimlik edir və insanlara hüquqi məsləhətlər verirdi.

Böyük şair 1292-ci ildə Şirazda vəfat edir.

Oxunub: 752

Əlavə olunub: 20.04.2020 07:35

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz