Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Səadət Xələfbəyli Şərəf Atəş ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Səfər çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Azad Cəfərli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və TİKA-nın kabinet rəhbəri Samet Kapısız Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalarla görüşüb. 
 
Görüşdə ki ölkə arasında mədəni irs sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin böyük perspektivlərinin olduğu vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
 
Bundan əlavə Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Azad Cəfərli və Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş ilə görüşüb. Görüşdə iki tərəfli əməkdaşlın genişlədirilməsi, ölkə mədəniyyətinin təbliği, mədəni irsin tanıdılması məsələləri müzakirə olunub.
 
Mədəni irsin qorunması ilə yanaşı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin fəaliyyəti, təlimlərin təşkili sahəsində əməkdaşlığın perspektivləri qeyd olunub. Mərkəzin inkişaf etdirilməsi üçün Türkiyənin təcrübəsindən yararlanmaq, təlim-tədris məsələləri, eləcə də texniki dəstəyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Oxunub: 1322

Əlavə olunub: 03.03.2021 10:32

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası