Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şamaxı soyqırımından 103 il ötür

18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutublar.

Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmiş, az-çox salamat qalmış tikililər yandırılmışdı. Şamaxıda ermənilərin törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər.

Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Həmin vaxt qəzada 120 kənd olmuşdur ki, bunlardan da 86-sı soyqırımına məruz qalıb.

“Piran-Şirvan” məhəllələri tamamilə talan edilmiş və yandırılmışdı. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinə tamamilə od vurulmuş, şəhərin 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılmışdı.

Ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə hesablamalarına görə, Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilmiş, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur.

oxu.az

Oxunub: 543

Əlavə olunub: 18.03.2021 11:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz