Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şahbulaq qalası (video)

Şahbulaq qalası (qəsri) Qarabağ xanlığının ərazisində inşa edilən ikinci qaladır. Bayat qalasından öncə inşa edilən Qəsr inzibati mərkəz funksiyasını daşıyıb.
Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunmuşdur. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə iri qəsr kompleksinin iç qalasından, yanı tərəfdə isə xanın iqamətgahından ibarət idi.
Qala divarları 7, bürclər isə 8,5 metr hündürlükdədir. Giriş qapısı şərq divarının ortasında olub, xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu.
Qüllənin üst qatının xan otağı kimi istifadə edildiyi ehtimal olunur. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır. Ağdam rayonunun işğalından sonra ermənilərin mənimsəmə siyasətinə məruz qalan qala kilsə kimi istifadə edilib.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Müasir İncəsənət Mərkəzi”-nin rəssamı Təhminə Qəhrəmanova tərəfindən çəkilən Şahbulaq qalasının rəsmini diqqətinizə təqdim edir.
 
 

Oxunub: 273

Əlavə olunub: 08.11.2022 12:38

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz