Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şabranda muzey əməkdaşları üçün təlim təşkil olunub

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 23-də Şabran rayon MKS-nin Mərkəzi Kitabxanasında muzey əməkdaşları üçün “Maddi irsin muzeyləşdirilməsi və rəqəmsallaşdırılması: müasir yanaşmalar” mövzusunda təlim təşkil olunub.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə reallaşan təlimdə Şabran rayonu ilə yanaşı, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən muzey və qoruqların (tarixi-arxeoloji) əməkdaşları, fond mühafizləri, abidə mühafizəçiləri və elmi işçilər iştirak ediblər.

MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək müasir muzeylərdə rəqəmsallaşmanın əhəmiyyəti barədə söhbət açıblar. Bildirilib ki, bu sahədə tətbiq edilən müasir yanaşmalar eksponatların düzgün mühafizəsinə və ziyarətçilərə keyfiyyətli xidmət göstərilməsinə şərait yaradır.

Təlimçi, Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev muzey əməkdaşlarının peşə hazırlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, muzey işi sahəsində müasir elmi-metodik yanaşmaların və innovativ texnologiyaların tətbiqi haqqında məlumat verib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxunub: 135

Əlavə olunub: 26.10.2026 14:21

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası