Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şabranda kitabxanaçılar üçün təlim keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə bölgədə “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər keçirilib.

Oktyabrın 23-də Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında “KOHA AKİS-in funksional imkanları və onlardan səmərəli istifadə yolları” mövzusunda təlim keçirilib. Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı ilə təşkil olunan təlimdə Quba, Xaçmaz, Şabran, Siyəzən və Qusar rayonlarından kitabxana əməkdaşları iştirak ediblər.

MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova layihənin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, təlimin məqsədi kitabxanaların xidmət sektorunda müasir metodların tətbiqinin sürətləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və oxucularla işin düzgün qurulmasıdır.

Sonra təlimçi, Azərbaycan Milli Kitabxanası Elmi-tədqiqat, kitabxanaşünaslıq və metodik təminat şöbəsinin aparıcı elmi işçisi Lamiyə Süleymanova KOHA sisteminin üstünlükləri və ümumiyyətlə, kitabxana sahəsində tətbiq olunan yeniliklərin sahənin inkişafına müsbət təsirlərini diqqətə çatdırıb, kitabxanaçıların suallarını cavablandırıb.

Oxunub: 123

Əlavə olunub: 26.10.2026 13:01

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası