Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Sabirabadda ustad dərsləri təşkil olunub (video)

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə İdarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin tar və kamança ixtisasları üzrə müəllim və şagird heyəti üçün Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbində ustad dərsləri keçirilib.

Ustad dərslərinin keçirilməsinin əsas məqsədi uşaq musiqi və incəsənət məktəblərində təhsil prosesinin peşəkar səviyyədə qurulması, eləcə də bu sahədə fəaliyyət göstərən müəllimlərin və şagirdlərin peşəkarlığının, bilik səviyyəsinin artırılmasını təmin etməkdən ibarətdir.

2025-ci ilin 3-8 aprel tarixlərində keçirilən dərslərdə regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, təkmilləşdirilməsi, daha səmərəli təşkil edilməsinə nəzarət və yerlərdə lazımi metodiki köməkliyin göstərilməsinə diqqət ayrılıb.

Ustad dərsləri tar ixtisası üzrə MEMİM-in Təhlil, təlim və tədris şöbəsinin müdiri, Əməkdar artist Neymət Mürsəlov və kamança ixtisası üzrə Bakı şəhəri Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Fariz Hüseynov tərəfindən keçirilib.

Ustad dərslərinin sonunda diskussiya xarakterli fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxunub: 333

Əlavə olunub: 08.04.2025 08:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz