Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Sabirabadda ustad dərsləri keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi cari ilin 31 may - 2 iyun tarixlərində Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi müəllimləri üçün “Ustad dərsləri” təşkil edib.
“Uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi” üzrə Fəaliyyət Planına və Mərkəzin 2022-ci ilin I yarımili üçün İş Planına əsasən təşkil edilən ustad dərslər təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaq və gənclərin dəstəklənməsi, məktəb və mərkəzlərə tədris-metodiki dəstəyin göstərilməsi, müəllim və şagirdləri üçün ustad dərslərinin təşkil edilməsi məqsədilə reallaşıb.
“Ustad dərslər” layihəsi musiqi nəzəriyyəsi ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının dirijorluq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti kafedralarının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Təranə Yusifova və fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının fortepiano kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Həsənova tərəfindən aparılmışdır. UMİM-lərin musiqi nəzəriyyəsi və fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində musiqi nəzəriyyəsi ixtisasına aid elementar nəzəriyyə, ladlar, Azərbaycan xalq musiqisinin əsasları, fortepiano ixtisası üzrə aşağı və yuxarı siniflərdə iri formalı əsərlərin, fortepiano ansambllarının öyrəniməsi, polifoniya, klassik əsərlərin tədrisi ilə bağlı müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır.
Eyni zamanda Sabirabad rayonu Heydər Əliyev Parkında 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Məzuniyyət” adlı teatr tamaşasının nümayişi təşkil edilmişdir. “Xudayar təsnifi”nin səsləndirilməsi ilə başlayan və Vətən torpaqları uğrunda gedən döyüşlərdən bəhs edən tamaşa Beyləqan “Gənclik” xalq teatrının heyəti tərəfindən səhnəyə qoyulmuşdur.

Oxunub: 334

Əlavə olunub: 02.06.2022 21:58

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz