Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Rənglər: Yaşıl

Sarı ilə mavi rəngi bərabər nisbətdə qarışdırsaq yaşıl rəng əldə etmiş olarıq. Yaşıl rəng qədim Misirdə yüksək qiymətləndirilirdi.
Kosmetikada geniş istifadə olunur və Osiris (axirət dünyasının hökmdarı, dirildən təbiət tanrısı) Böyük Yaşıl adlandırılırdı. Məlumdur ki, bitki piqmenti xlorofil yaşıl spektri əks etdirir, ona görə də yaşıl ən çox yayılmış rənglərdən biridir.
Maraqlı faktlar:
Ehtimal olunur ki, səhrada yaşayan ərəblərin bağlara və ağaclara həsrət qalması yaşıl rəngin XII əsrdə müsəlmanların müqəddəs rənginə çevrilməsinə səbəb olub. İnsan gözü ən yaxşı yaşıl çalarları müəyyən edir.
Yaşıl rəng ənənəvi olaraq pul, maliyyə, bank işi, ambisiya, xəsislik, qısqanclıq və Wall Street ilə əlaqələndirilir. Yaşıl rəng yolda təhlükəsizliyə işarə edir. Yaşıl və qırmızı XIX əsrdə beynəlxalq dəmir yolu siqnallarının rəngləri kimi standartlaşdırılmışdı.

Oxunub: 386

Əlavə olunub: 22.11.2022 20:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz