Qırmızı rəng – üç əsas rəngdən, rəssamların palitrasında ən qədim və sənaye dizaynında mövcud olan ən müasir rənglərdən biridir. Bu rəng qan və gücün, cəsarət və ehtirasın, şənlik və bayramların rəngidir.
Orta əsr incəsənətini və müasir avanqard sənəti onsuz təsəvvür edə bilmərik. Oxra əsaslı qırmızı piqment orta əsrlər dövründə qana və qələbəyə işarə kimi qəbul edilirdi.
Qırmızı rəng hətta minimal dozalarda aqressiyaya səbəb ola bilər. Parlaq açıq qırmızı rəng qan təzyiqini, temperaturu və aktivliyi artırır.
Bir çox mədəniyyətlərdə qırmızı rəng talisman hesab olunur. Belə ki, qədim dövrlərdə, elə müasir zamanda da uşaqları pis gözdən qorumaq üçün biləklərinə qırmızı saplar bağlayırlar.
İnteryerdə isə həddindən artıq qırmızı rəng yorucu ola bilər. Eləcə də qırmızı divarlar otağı vizual olaraq daha kiçik və alçaq edir.