Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Rənglər: Mavi

Mavi rəng göy rəng çalarları qrupuna daxildir. Soyuq, sakit, bir az passiv rəng olan mavi təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Qədim dövrlərdə mavi rəng zadəganlığın əlaməti hesab olunurdu.
Misirdə bu rənglə bağlı kult mövcud idi. Belə ki, misirlilər ayaqlarını mavinin bütün çalarlarına boyayırdılar. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir.
Maraqlı faktlar:
Mərakeşdə mavi rəng pis ruhlardan qorunma simvoludur. Dünyanın ən mavi şəhəri Şaven məhz Mərakeşdə yerləşir. Yunanıstanda Santorini adasının da eyni diqqətçəkici mənzərəsi mövcuddur.
Alimlər belə qənaətə gəliblər ki, mavi gözlü insanlara qəhvəyi gözlülərdən daha az etibar edilir. Hətta rus çarı IV İvan Qroznı mavi gözlü insanlardan çox qorxurdu, belə bir insanın böyük sehrli gücə sahib olduğuna və buna görə də onu incidə biləcəyinə inanırdı.

Oxunub: 514

Əlavə olunub: 23.11.2022 21:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz