Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Rənglər: Ağ

Ağ rəng ən mürəkkəb rəngdir. Bütün rənglərin dalğa uzunluğuna uyğundur. O, həm də ən sadə, orijinal, təbii, bütün digər rəngləri əks etdirən, simvolik rəngdir. Antik sənətdə görünən mübahisəli və ən qədim rənglərdən biridir.
Eyni zamanda, ağ rəng çox müasirdir, çünki hazırda başqa rənglər əlavə edilmədən tək istifadə olunur. Qədim insanlar ağ rəngi həyatın əsası hesab edirdilər. Ağ rəng son dərəcə müsbətdir, o işığı, saflığı və mükəmməlliyi simvolizə edir.
Maraqlı faktlar:
Vizual olaraq ağ obyektlər bizə eyni çəkidə olan qara obyektlərdən daha yüngül və geniş görünür. Qədim yunanlar inanırdılar ki, əgər ağ paltarda yatsan, xeyirli yuxular görəcəksən.
Günəş kosmosdan görünəndə əslində ağ rəngdədir. Atmosfer onun rəngini pozur, buna görə də insanlar onu sarı kimi görürlər.

Oxunub: 1025

Əlavə olunub: 26.11.2022 14:33

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz