Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Regionlarda peşəkar teatr dərsləri” layihəsinin növbəti ünvanı Mingəçevir teatrı olacaq

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir. Layihə çərçivəsində növbəti ustad dərsi 24-30 noyabr tarixlərində Mingəçevir Dövlət Dram Teatrında təşkil olunacaq.

Ustad dərsləri Əməkdar artist, aktyor Qasım Nağı və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılacaq.

Qeyd edək ki, ötən ilin oktyabr ayından həyata keçirilən layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması və təcrübə mübadiləsi məqsədi daşıyır.

Oxunub: 572

Əlavə olunub: 21.11.2025 08:46

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası