Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir.

Layihə çərçivəsində iyulun 15-də Qusar Dövlət Ləzgi Dram Teatrında “Danışan bədən: bədənin ideya və sözlə sinxronlaşdırılması” mövzusunda ustad dərsi  təşkil olunacaq.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçiriləcək ustad dərsi aktyor, rejissor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılacaq.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayından həyata keçirilən layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, regionlarda aktiv yaradıcı mühitin formalaşdırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması məqsədi daşıyır.

Giriş sərbəstdir.

Oxunub: 228

Əlavə olunub: 13.07.2026 10:51

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası