Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Quba abidələri: "Tağlı körpü"

"Tağlı körpü" Qubanın ən məşhur tarixi-memarlıq abidələrindən biridir. Şərq üslubunda inşa olunan körpü Qudyalçay üzərində salınmış və eyni zamanda bu çayın adını daşıyır. Körpü 1894-cü ildə dirəklər üzərində köhnə taxta körpünün yerində inşa edilməyə başlanılıb.
Səbəb - taxta körpünün ömrünün az olmasıdır. Yarımdairəvi biçimli tağlar sistemi əsasında yaradılmış körpünün dayaqlara söykənmiş tağları yandırılmış kərpicdən hörülüb.
“Tağlı körpü” Qırmızı qəsəbəni Qubanın mərkəzi ilə birləşdirir. 2012-2013-cü illərdə körpü tarixi görünüşü saxlanılmaqla bərpa olunub. Abidə XIX əsrə aid olsa da, indiki körpüyə quraşdırılmış qapılar XXI əsrə aiddir.

Oxunub: 17

Əlavə olunub: 22.09.2022 15:31

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz