Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Quba abidələri: Dağ Yəhudiləri Muzeyi

Quba şəhərindəki Qırmızı Qəsəbədə yerləşən və 2020-ci ildə XIX əsrə aid olan Karhoq sinaqoqunda açılan Dağ Yəhudiləri Muzeyi dünyada dağ yəhudilərinə həsr olunmuş ilk və yeganə muzeydir.
Sinaqoq binasının ilkin formada bərpası qərara alındıqdan sonra binanın bərpası üçün XIX-XX əsrlərdə sinaqoqun tikintisi üçün istifadə edilmiş eyni materiallardan istifadə olunub. Beləliklə, sinaqoqun qədim binası Yəhudi Muzeyinin əsas eksponatına çevrilmişdi.
İndi muzeyin hər bir ziyarətçisi sinaqoqun əvvəllər necə göründüyünü öz gözləri ilə görə bilər. Çünki muzeyin yaradıcıları onun ilkin görünüşünü dəyişməz olaraq qoruyub saxlaya biliblər.
Muzeyin ekspozisiyasına dağ yəhudilərinin tarixini bu və ya digər şəkildə əks etdirən müxtəlif məişət əşyaları, geyimlər, zərgərlik məmulatları, ayin qabları, əlyazmalar, kitablar, həmçinin yəhudilərin adət-ənənələrini əks etdirən eksponatlar daxildir.

Oxunub: 369

Əlavə olunub: 08.10.2022 20:10

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz