Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Quba abidələri: Altı günbəz sinaqoqu

Qubanın görməli yerlərindən biri - Altı günbəz sinaqoqu 1888-ci ildə memar Gilel ben Xaimin layihəsi əsasında dağ yəhudisi olan bənna Cilyad və onun yoldaşları tərəfindən tikilmişdir.
Dini təhsil mərkəzi olan sinaqoq Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşir və ictimaiyyət üçün açıqdır. Oxşar sinaqoq İstanbulda da fəaliyyət göstərir.
Binanın memarlığı şərq üslubundadır. Sinaqoq Quba xanı Hüseynəli xanın icazəsi ilə Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndindən altı günlük köçünün simvoludur. Onun 14 əsas pəncərəsi var.
Əsas ibadət zalının divarının hündürlüyü 7 metrdir. Bu divarda yerləşən dolabda Müqəddəs Tövrat kitabı saxlanılır. Uzun müddət bina anbar, sonra tikiş emalatxanası kimi istifadə olunub.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ibadət evi sakinlərə qaytarılıb. 1995-ci ildən 2001-ci ilə qədər sinaqoqda bərpa işləri davam etdirildi. 2001-ci il oktyabrın 11-də Qırmızı Qəsəbənin yəhudi xalqı Altı günbəz sinaqoqunun dirçəlişini qeyd etdi. Lakin, bütün bərpa işləri 2005-ci ildə tamamlanıb.

Oxunub: 23

Əlavə olunub: 21.09.2022 14:38

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz