Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Qisas gecəsi” romanı müzakirə olunub

Ölkə ərazisində tətbiq edilmiş sosial izolyasiya və karantin qaydaları ilə əlaqədar olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi rəqəmsal fəaliyyətini davam etdirir. Mərkəzin əməkdaşları mütəmadi olaraq ixtisasartırma təlimlərinin,  müxtəlif formatlı beynəlxalq və yerli elmi konfransların, vebinarların təşkilində və videotəqdimatların, videoçarxların hazırlanmasında xüsusi fəallıq göstərir.

            Bu məqsədlə cari ilin 21 avqust tarixində “Birgə mütaliə” layihəsinin növbəti müzakirəsi keçirilib. Bugünkü vebinarın spikeri, Mərkəzin kitabxana müdiri Validə Hacıyeva “Birgə mütaliə” layihəsi çərçivəsində detektiv əsərlər müəllifi kimi tanınıb sevilən Elxan Elatlının ”Qisas gecəsi” romanının müzakirəsini təşkil edib. Tədbirin moderatoru, Bədii təhsil şöbəsinin əməkdaşı Fəridə Kerimova yazıçı Elxan Elatlının həyat və yaradıcılığından danışdı.

Təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova ki, bugün cəmiyyətimizin mütaliyəyə ehtiyacı olduğunu qeyd etdi.  Vurğuladı ki, Elxan Elatlının vətənpərvərlik ruhunda yazılan əsərləri bizim masaüstü kitablara çevrilməlidir. Bundan əlavə, N.Rəhmanova Mübariz İbrahimovun qəhrəmanlığından və vətənpərvəliyindən bəhs edib. Həmçinin, E.Elatlının poetik kompozisiyasını səsləndirdi.

Roman Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs edir. Qeyd etmək lazımdır ki, roman gənclərimizin hərbi vətənpərvərlik ruhunun formalaşmasına öz müsbət təsirini göstərib və bu səbəbdən əsərin müzakirəsi iştirakçılar arasında geniş diskussiya yaradıb.

Diskussiya zamanı  Ağdam rayonun mədəniyyət müəssisələrinin nümayəndələri, “Yeni nəşrlər” jurnalının baş redaktoru Yaşar Zeynallı, Mərkəzin əməkdaşları Sənan Talıbov, Aygün Hüseynova, Elmira Məmmədli yazıçının digər əsərlərindən, danışaraq, qeyd etdilər ki, insanı qəhrəman edən ətrafında baş vermiş hadisələrdir və bu gün gənlərərimizin Mübariz kimi qəhrəmanlarda ehtiyacı var..

Mərkəzin əməkdaşları Samirə Cəlilova və Kəmalə Şahverdiyeva Mübariz İbrahimovun Biləsuvar rayonunda olan ev-muzeyindən bəhs etdilər. “

Müzakirənin sonunda Mərkəzin elmi katibi Cavid Əliyev qeyd etdi ki, artıq bir neçə vaxtdır ki, Mərkəz tərəfindən regionlarda fəaliyyət göstərən mədəniyyət işçiləri üçün “Birgə mütaliə” layihəsi çərçivəsində vaxtaşırı olaraq cəmiyyət tərəfindən maraq doğuran kitabların müzakirəsi təşkil olunur. Kitab müzakirələri həvəslə qarşılanır və insanların mütaliəyə cəlb edilməsinə müsbət təsirini göstərir. Bildirdi ki, bu tip əsərləri oxuyan şəxs mütləq vətənpərvər olacaqdır.

Oxunub: 733

Əlavə olunub: 21.08.2020 13:45

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz