Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində Gənclər Forumu keçirilib (video)

Aprelin 27-də Nizami Kino Mərkəzində “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində Gənclər Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Qərbi Azərbaycan İcması və nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) tərəfdaşlığı, Nizami Kino Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, millət vəkili, Qərbi Azərbaycan İcması Gənclər Birliyinin sədr müavini Naqif Həmzəyev və MEMİM-in Strateji təhlil sektorunun müdiri Dağlar Yusifov çıxış ediblər.

Bildirilib ki, Qərbi Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinin tanıdılması, gələcək nəsillərə çatdırılması böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihələr gənclərin milli-tarixi yaddaşının möhkəmləndirilməsinə, milli kimlik şüurunun güclənməsinə və vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir.

Vurğulanıb ki, gənclərin belə təşəbbüslərdə fəal iştirakı dövlətçilik dəyərlərinə bağlı, savadlı və təşəbbüskar nəslin formalaşmasına mühüm töhfə verir.

Daha sonra layihə çərçivəsində tələbə gənclər arasında keçirilən intellektual oyunun qalibləri təltif olunublar.

Sonra bədii proqram təqdim edilib. Gənc xanəndələr Həzrət Əzizli və Ədilə Əliyeva, balaban ifaçısı Məqsəd Əzizov və

Azərbaycan Dövlət Uşaq Filarmoniyası folklor rəqs ansamblının ifasında müxtəlif mahnı və rəqs kompozisiyaları tədbirə rəng qatıb.

Daha sonra forum öz işini panel müzakirələrlə davam etdirib. MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderator olduğu ilk panel “Qərbi Azərbaycan irsi: tarix, mədəniyyət və ənənələrdən müasir dövrümüzə körpü” mövzusuna həsr olunub. Sənətşünaslıq üzrə fəlsəfə doktorları – Mədəniyyət TV-nin direktor müavini Bəhruz Niftəliyev, Bakı Musiqi Akademiyasının dosenti, “İrəvan” ansamblının bədii rəhbəri Maya Qafarova, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı muzeyi”nin direktoru Güllü Eldar Tomarlı, multimedia rəssamı, kino və teatr üzrə quruluşçu rəssam Vüsal Rəhim çıxış ediblər.

Paneldə Qərbi Azərbaycanın zəngin tarixi irsi, musiqi və poeziya ənənələri, milli sənət nümunələri, bu dəyərlərin müasir yaradıcı platformalarda yaşadılması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunub.

“İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılovun moderatorluğu ilə reallaşan növbəti panel isə “Qərbi Azərbaycan irsinin təbliği, təşəbbüslərin dəstəklənməsi, gənclərin iştirakçılığının artırılması” mövzusuna həsr olunub. Paneldə Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Coşqun Hidayətov, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı rəssam Elçin Hüseyn, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının proqram meneceri, “CreART” Mədəniyyət Klubları Şəbəkəsinin dəstəklənməsi proqramının rəhbəri Bəxtiyar Quluzadə mövzu ilə bağlı fikirlərini bölüşüblər. Gənclərin milli irsin təbliğində rolu, təşəbbüslərin institusional dəstəklənməsi, yaradıcılıq platformalarının genişləndirilməsi və ictimai iştirakçılığın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Oxunub: 362

Əlavə olunub: 30.04.2026 15:52

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası