Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qəmbər Hüseynli anadan olub (1916–1961)

16 aprel 1916-cı il tarixində görkəmli bəstəkar Qəmbər Hüseynlinin doğum günü (1916–1961). Onun 1948-ci ildə Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi “Cücələrim” uşaq mahnısı 100-dən çox dildə səsləndirilib. 1955-ci ildə sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi bu mahnı ilə salamlayıb.

Vaxtilə kino xadimlərimiz Fransada olanda dünya şöhrətli Çarli Çaplin piano arxasına keçərək “Cücələrim”i ifa edib və azərbaycanlı qonaqlara üz tutaraq deyib: “Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”

Oxunub: 621

Əlavə olunub: 16.04.2020 06:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz