Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qəbələdə növbəti ustad dərsi tar ixtisasına həsr olunub

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə martın 4-də Qəbələ şəhər Uşaq incəsənət məktəbində keçirilən daha bir ustad dərsi tar ixtisasına həsr olunub.
Ustad dərsində Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin tar ixtisası üzrə müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə çıxış edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, ustad dərsləri musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinin artırılması məqsədi daşıyır. Onun sözlərinə görə, bu cür görüşlər müəllim və şagirdlər üçün təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir və onların ifaçılıq bacarıqlarının inkişafına, peşəkar biliklərinin zənginləşdirilməsinə müsbət təsir göstərir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri Əməkdar müəllim, dosent Umud İbrahimovun iştirakı ilə təşkil olunan ustad dərsində şagirdlər öz ifalarını təqdim ediblər. Umud İbrahimov tar alətində çalğının texnikası, muğam və xalq musiqisinin ifa xüsusiyyətləri barədə məlumat verib. O, ifa zamanı nəzərə alınmalı məqamlardan danışıb, öz tövsiyələrini diqqətə çatdırıb.

Oxunub: 564

Əlavə olunub: 05.03.2026 14:21

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası