Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qazax abidələri: Damcılı mağarası

Avey Dövlət Tarix Mədəniyyət qoruğu ərazisində - Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsi həm arxeoloji, həm də təbiət abidəsidir. Mağara yarımdairəvi şəkildədir, qabaq hissəsi açıqdır. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır.
Damcılı mağara düşərgəsi Paleolit dövrünə aid dünya əhəmiyyətli arxeoloji abidədir. Bu ərazidə ilk dəfə 1953-1957–ci illərdə arxeoloq M.M.Hüseynovun tərəfindən arxeoloji qazıntılar aparılmış, Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilmiş, iki minə yaxın alət tapılmışdır.
Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezeolit dövrü və Neolit dövrünə aiddir.
Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb. Alimlərə görə, məhz Damcılı mağarasında aşkar olunan arxeoloji material əsasında bu ərazidə yaşayan ibtidai insanların inkişaf prosesinin mərhələlərini ardıcıl şəkildə izləmək mümkündür.

Oxunub: 525

Əlavə olunub: 20.11.2022 13:40

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz