Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qars müqaviləsi imzalanıb

13 oktyabr 1921–ci il tarixində Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qars müqaviləsi imzalanıb.

Sənəd 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Moskva sazişinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirilib, Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədləri müəyyənləşdirilib.

Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənib.

Oxunub: 575

Əlavə olunub: 13.10.2020 06:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz