Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qarabağ abidələri: Ağzıyastı kaha

Ağzıyastı kaha Cıdır düzünün yaxınlığında sıldırım qayalar arasında yerləşir.
Bu kahanı XIX əsrin yetmişinci illərində şair və musiqişünas-alim Mir Möhsün Nəvvab öz vəsaiti hesabına düzəltdirmiş, kahanın içərisindəki daşa adını və bu yerin tarixini yazdırmışdı.
 
Mir Möhsün Nəvvab burada adətən yay aylarında ədəbi musiqili məclislər təşkil edərdi. Qırx nəfərə yaxın adam tutan və çox sərin, eləcə də gözəl havası olan kahanın isti yay günlərində əvəzi yox idi.
Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi “Məclisi-fəramuşan” adlı şairlər məclisinin üzvləri, eləcə də xanəndələr, çalğıçılar bura yığışar, şəhərdən qonaqlar dəvət edilər və əsl şeir gecəsi keçirilərdi.
 
Şairlər yeni şeirlərini oxuyar, ustadlar onları təhlil edər, ədəbiyyata, rəssamlığa və musiqi sənətinə dair maraqlı söhbətlər aparılar, məclisin sonunda isə muğam və xalq mahnıları səslənərdi.

Oxunub: 347

Əlavə olunub: 14.07.2022 10:39

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz