Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Qanadlarıma sığal çək” adlı onlayn tamaşa səhnədə

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Füzuli Dövlət Dram Teatrında “Qanadlarıma sığal çək” adlı onlayn tamaşa səhnəyə qoyulmuşdur.

“Ağ ölüm” səhnəsi ilə başa çatan süjet xəttində doğru yolu seçməyən gəncin həyat hekayəsi maraqlı ssenari üzrə tamaşaçıların diqqətinə çatdırılır.

Narkotik vasitələrin alüdəçisi olan gənc və perspektivli psixoloqun, insan cildinə girmiş iblis ilə dialoqu üzərində qurulmuş ssenari gənc aktyorlar tərəfindən uğurla səhnələşdirilmişdir. Maraqlı dialoq və həyati önəm kəsb edən məqamların qabardılması ilə səhnələşdirilən tamaşadan hasil olan nəticə ondan ibarətdir ki, narkotik vasitələrdən istifadə insan həyatını sonu ölümlə nəticələnən, məhrumiyyətlərlə dolu və tam fərqli bir məcraya aparır.

Oxunub: 420

Əlavə olunub: 05.07.2021 17:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz