Cari ilin 28 oktyabr tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Postpandemiya dövründə kitabxanaların inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Mərkəzin 2021-ci ilin ikinci yarımili üçün nəzərdə tutulan İş planına əsasən təşkil edilmiş dəyirmi masanın keçirilməsində əsas məqsəd Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları ilə müzakirələrin aparılması və mövcud pandemiya şəraitində fəaliyyət istiqamətlərinin planlaşdırılmasından ibarətdir.
Tədbirdə mütəxəssislər tərəfindən mövzuya dair müxtəlif fikirlər səsləndirilmiş və postpandemiya dövrü üçün konkret təkliflər ətrafında geniş müzakirələr aparılmışdır.
