Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Peşəkarlığın qapısını açan könüllülük fəaliyyəti

7 avqust 2020-ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə regionda çalışan 90-dan çox gənc mədəniyyət könüllülərinin və “Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu”nun üzvlərinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev ilə görüş təşkil olunub.

            Son dövrlərdə ölkə rəhbərliyi tərəfindən aparılan işlər və mədəniyyətə ayrılan misilsiz qayğının nəticəsi olaraq, gənclərimizin sözügedən sahəyə artan diqqətinin şahidi oluruq. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan olundu.

Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi Cavid Əliyev bildirdi ki, Mərkəz tərəfindən keçirilən reqemsal mədəni-kütləvi tədbirlərdə, təlimlərdə, konfranslarda,  təqdimatlarda, eləcə də digər maarifləndirici tədbirlərdə gənc mədəniyyət işçiləri və tələbələr könüllü olaraq fəal iştirak etmişlər. Qeyd etdi ki, görüşün təşkilində əsas məqsəd pandemiya dövründə mədəniyyət və incəsənət sahələrində çalışanlar arasında könüllülük fəaliyyətinin inkişafı, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.

Debat şəklində keçirilmiş görüşün təşəbbüskarı olan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, habelə rayonun mədəniyyət könüllülərinin həyata keçirdiyi tədbirlər və digər təşəbbüslər barədə ətraflı məlumat verdi.

Konkret müəssisələr üzrə görülə biləcək birgə layihələr ətrafında aparılan müzakirələr çərçivəsində Heydər Əliyev Mərkəzləri, muzeylər, kitabxanalar və mədəniyyət mərkəzləri kimi müəssisələrin fəaliyyətinin müasirləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Gəncləri mədəniyyət müəssisələrinə cəlb etməklə mədəniyyət sahəsinin aktuallığının artmasına nail olmağın mümkün olduğunu bildirən iştirakçılar mövcud istiqamətdə planlı şəkildə layihələrin reallaşdırılması zəruriyyətini də səsləndirmişdir.

Xüsusi olaraq müzakirə olunan mövzular sırasında müasir mədəni xidmətlər, mədəniyyət müəssisələrin sosial imici, mədəniyyət siyasətinin prioritetləri, müasir gənclər və bizim mədəniyyət, mədəniyyət sahəsi üzrə beynəlxalq tendensiyalar və s. mövzular yer tutmuşdur. Bu cür mövzular ətrafında regionlarda çalışan mədəniyyət işçiləri ilə birgə açıq müzakirələrin aparılmasının önəmliyini bildirən Mərkəzin direktoru Asif Usubəliyev qeyd etdi ki, məhz bu cür açıq təşəbbüslərə hər zaman açıqdır. Ölkə rəhbərliyinin sözügedən təşəbbüslərinin vətəndaşlarımızın, xüsusilə də gənclərimizin fərdi inkişafına xidmət etdiyini vurğulayaraq A.Usubəliyev bildirdi ki,  könüllülük fəaliyyəti peşəkarlığın qapılarını açan yoldur.

Daha sonra Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun üzvləri tərəfindən maraqlı fikirlər səsləndirlmiş və canlı müzakirələr davam etdirilmişdir. Öz növbəsində çıxış edən Ağstafa rayonunun mədəniyyət könüllüləri sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

Xatirladaq ki, keçən il Mərkəzin sayəsində könüllülər sırasına Lənkəran Dövlət Universitətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Xoreografiya Akademiyasının, Bakı Humanitar kollecinin tələbələri də qoşulmuşdur.

 

Oxunub: 662

Əlavə olunub: 07.08.2020 12:06

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz