Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Pandemiya dövründə əmək münasibətləri

1 iyul 2020-ci tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə "Pandemiya dövründə əmək münasibətləri etik davranış kontekstində" adlı vebinar keçirilib. Zoom vasitəsi ilə keçirilmiş vebinarın qonağı hüquq üzrə fəlsəfə doktru, dosent Əlövsət Allahverdiyev olub.

Vebinarda Mərkəzin rəhbərliyi və əmakdaşlərla yanaşı regionlarda çalışan MİRHİK-nin Metodiki Mərkəzlərinin rəhbərləri, habelə Mərkəzin MİRHİK-nin üzvləri və regionlarda çalışan gənc mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir mədəniyyət sahəsində çalışanların müasir peşə etikası təlimlərin keçirilməsi və əməkdaşlarda müasir səriştələrin formalaşmasına xidmət edən birgə mühazirələri çərçivəsində reallaşıb. Dəyişən reallıq və müəyyən olunan yeni amillər qaçılmaz olaraq konkret sahələrdə çalışan əməkdaşlardan yeni bilik və bacarıqları tələb etməklə yanaşı, yeni əmək münasibətlərin formalaşmasına da zəmin yaradır. Qeyd olunanlar ətrafında yerli və beynəlxalq təcrübəyə müraciət edərək tədbirin spikeri Ə.Allahverdiyev əmək münasibətlərdə mövcud pandemiya şəraitində yarana biləcək mübahisəli məsələlərə xüsusi olaraq toxunmuşdur.  

Mərkəzin elmi katibi, MİRHİK-si Mərkəz üzrə sədri Cavid Əliyev xüsusi karantin rejmində yumşalma və fəaliyyət sahələrinin tam açılması postpandemiya dövründə də klassik iş prinsiplərindən fərqli olaraq yeni yanaşmaların tətbiq olunması qaçılmazlığını vurğuladı. O bildirmişdir ki, bütün bunlar dəyişən dünyada peşə etikasnın yeni prinsiplərinin formalaşmasına gətirib çıxaracaqdır.

Mövzü ətrafında Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Elmira Məmmədli, Aydın Tağıyev, Şəbnəm Cəfərova, həmçinin Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov çıxış ediblər.

Mərkəzin direktoru Asif Usubəliyev dünyada mədəniyyət sahəsində çalışan əməkdaşlardan yeni peşə səriştələrinin tələb olunduğunu qeyd edərək çağdaş dünyamızda hər bir əməkdaşdan peşə bilikləri ilə yanaşı yüksək fərdi məsuliyyət kimi keyfiyyətin mövcudluğu önəmli əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbir nəticəsində mədəniyyət sahəsində çalışanların müasir peşə etikası təlimlərin yerlərdə keçirilməsinə və əməkdaşlarda müasir səriştələrin formalaşmasına xidmət edən birgə mühazirələrində fəal iştirak etməsinə dair razılıq da əldə

Oxunub: 589

Əlavə olunub: 01.07.2020 09:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz