Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Orta məktəblərin milliləşdirilməsi haqqında qərar

1918-ci ilin avqustun 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Həmin qərara görə, bütün ibtidai tədris müəssisələrində təhsil Azərbaycan dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. O dövrdə respublikada milli müəllim kadrlarına böyük ehtiyac var idi. Ona görə də, ibtidai siniflər üçün müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən “Nina” qızlar məktəbinin əsasında qızlar gimnaziyaları yaradıldı, bundan əlavə oğlanlar üçün 7 gimnaziya açıldı.

Oxunub: 652

Əlavə olunub: 28.08.2020 06:15

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz