Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Ordubadda qədim abidələr aşkarlanıb

AMEA-nın Naxçıvan Bölməsində Ordubad rayon ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyası yeni qədim abidələr aşkarlayıb.

Akademiyadan Day.Az-a verilən məlumata görə, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli bildirib ki, Xaraba Gilan arxeoloji ekspedisiyası 64 kv. metr sahədə arxeoloji qazıntı aparıb.

Tədqiqatlar nəticəsində 40-a qədər daş balta, son tunc dövrünə aid gil küpün içərisində 5 ədəd tuncdan hazırlanmış boyunbağısı ilə birgə dəfn olunan uşaq qəbri və kurqantipli qəbirlər aşkar edilib.

Oxunub: 543

Əlavə olunub: 22.10.2020 07:50

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz