Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Opera müğənnisi Fidan Qasımova anadan olub

17 iyun 1947-ci il tarixində Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” ordenli opera müğənnisi Fidan Qasımova anadan olub. Müğənninin zəngin repertuarına Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Arif Məlikov, Niyazi, Mixail Qlinka, Pyotr Çaykovski, Sergey Raxmaninov, A.Stradella, İohan Sebastyan Bax, Georq Fridrix Hendel və başqa bəstəkarların kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları - “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s. daxildir. F.Qasımova “Kədərimiz... Vüqarımız...”, “Maestro Niyazi”, “Rəşid Behbudov 20 il əvvəl”, “Üç eskiz”, “Ürəkdən-ürəyə”, “Üzeyir ömrü” sənədli filmlərində, “Torpaq. Dəniz. Od. Səma” bədii filmində çəkilib.

Oxunub: 568

Əlavə olunub: 17.06.2020 07:02

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz