Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Norveçli tədqiqatçı xanım Ragnhild Thori

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşlıq etdiyi Norveçli tədqiqatçı xanım Ragnhild Thori sentyabr ayının ilk həftəsində Norveçdə fəaliyyət göstərən “Rotary Club Kolsas”da “Leyli Məcnun poeması əsasında Nizami Gəncəviyə əcnəbilərin baxışı” mövzusunda geniş auditoriyada məruzə ilə çıxış etmişdir.
 
Ragnhild Thorinin Azərbaycanda yaşadığı müddətinin 6 (altı) ayını Gəncə şəhərində yaşamış, həmin dövr ərzində dahi Nizaminin həyat və yaradıcılığı ilə yaxından tanış olmuşdur.
Xanım tədqiqatçı Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini kiçik yaşlı oxucuların anlayacağı üsluba uyğunlaşdırmış və zəngin miniatürlərlə bəzədilmiş kitabın 2012-ci ildən etibarən müxtəlif vaxtlarda cəmi 6600 nüsxədə 3 dildə nəşr olunmasına nail olmuşdur.
 
Azərbaycanda olarkən yığcam formaya salınmış əsərin Gəncə şəhərində təhsil alan məktəblilər tərəfindən xarici dildə səsləndirildiyi və Şəkinin Kiş qəsəbəsində uşaqların ifasında səhnələşdirildiyi barədə məlumat vermişdir.
 
Xarici tədqiqatçı geniş araşdırmalar zamanı “Xəmsə”də yer alan əsərlərin təkcə baş qəhrəmanlarını deyil, eyni zamanda digər obrazların da ruhi-psixoloji portretini dəqiq təhlil etmiş, süjet xətti boyunca dəyişən halların xronologiyasının müfəssəl izahını oxucuların diqqətinə çatdırmağa nail olmuşdur.
Leyli və Məcnunun məhəbbət hekayəsi, digər personajların bu sevgiyə özünəməxsus mövqeyi ayrı-ayrı hadisə və səhnələrdə olan diqqətçəkən məqamlar haqqında danışan R.Thori öz yanaşması ilə klub iştirakçılarının marağına səbəb olmuşdur.

Oxunub: 524

Əlavə olunub: 09.09.2021 16:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz