Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Yusif ibn Küseyir türbəsi

Naxçıvan şəhərində mövcud olan və Şərq memarlığının möhtəşəmliyini özündə qoruyub saxlayan abidələrdən biri də Yusif ibn Küseyir türbəsidir. İkiqatlı türbənin memarı Əcəmi ibn Əbubəkr Naxçıvanidir.
Abidə yeraltı sərdabədən və yerüstü qülləvari hissədən ibarətdir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür.
El arasında “Atababa günbəzi” kimi tanınan türbə Azərbaycanın qülləvarı türbələri sırasında üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir.

Oxunub: 805

Əlavə olunub: 20.07.2022 09:06

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz