Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Nuh peyğəmbər türbəsi

Nuh peyğəmbərin məzarüstü türbəsi Naxçıvan şəhərinin cənub tərəfində, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi ərazisində yerləşir.
VIII-XII əsrlərə aid memarlıq abidəsində Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Səkkizguşəli türbə 3 hissədən - sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir.
Türbənin girişindəki lövhədə onun e.ə. IV minillikdən bəri mövcud olduğu və dəfələrlə bərpa edildiyi qeyd edilmişdir. Bərpa zamanı kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə edilmişdir.

Oxunub: 448

Əlavə olunub: 12.07.2022 11:10

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz