Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Möminə Xatun türbəsi

Şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilmişdir.
Abidənin baş tağında kufi xətti ilə bu sözlər həkk olunmuşdur: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".
 
Yeraltı hissədən və yerüstü qurğudan ibarət abidənin tikilməsi tarixi hicri 1186-cı il göstərilir. Atabəylər dövlətinin başçısı Atabəy Şəmsəddin Eldəniz öz həyat yoldaşı Möminə Xatunun şərəfinə, onun məzarı üzərində bu türbəni tikdirib.
 
Amma təəssüf ki, Atabəy bu türbənin qoyuluşunu belə, görməyib. Çünki Möminə Xatundan 28 gün sonra özü də vəfat edib. Türbəni oğlu Məhəmməd Cahan Pəhləvan tikib başa çatdırıb".

Oxunub: 360

Əlavə olunub: 25.06.2022 20:20

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz