Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Əshabi-Kəhf mağarası

Əshabi-Kəhf Culfa rayonunda yerləşən Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük ziyarətgahıdır.
 
Mağaranın quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir.
Əshabi-Kəhf ərəb dilində “mağara sahibləri” deməkdir. Qurani-Kərimdə “əl-Kəhf” surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin (Təmlixa, Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuş (çoban) və onlara sadiq olan itləri Qıtmir) 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir.
 
Həmin mağaranın məhz Naxçıvanda yerləşən Əshabi-Kəhf olduğuna inanılır.
İlandağ və Nəhəcir dağı arasındakı bu ziyarətgah ən qədim zamanlardan müqəddəs yer, ulu Tanrıya inam, ümid bəsləyən, ilahi gücə inanan insanların səcdəgahı kimi tanınır.

Oxunub: 354

Əlavə olunub: 07.07.2022 14:15

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz