Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Əlincə qalası

Tarixi təqribən 2 min il bundan əvvələ aid edilən Əlincə qalası Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir.
“Kitabi-Dədə Qorqud” dastanı qalanın xatırlandığı ən qədim mənbədir. Bundan başqa tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları Əlincə qalası haqqında məlumat veriblər.
Əlincə qalasına 600-ə qədər döyüşçünü öz atı və başqa sursatı ilə birlikdə yerləşdirmək mümkün idi. Qalanın adı mübarizlik rəmzi kimi hallanır. Çünki Əmir Teymur bu qalanı 14 il ərzində döyüşlə ələ keçirə bilməmişdi.

Oxunub: 427

Əlavə olunub: 11.07.2022 11:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz