Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Came məscidi

Memarlıq konstruktiv quruluşuna görə XVIII əsrə aid edilən Came məscidi Naxçıvanda yerləşir.
Öz möhtəşəmliyi ilə diqqəti cəlb edən məscid Məhəmməd Təqi tərəfindən inşa olunmuşdur.
 
Giriş qapısının baş tərəfində yerləşən və gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə üzərində həkk edilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hac Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilmişdir.
 
Həmçinin, kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunmuşdur.
 
Xalq arasında “Şəhər məscidi” kimi tanınan Came məscidi sovet hakimiyyəti illərində Naхçıvanda fəaliyyət göstərən yeganə məscid idi. 1918-ci ildə ermənilər Naxçıvanda yerli əhaliyə qarşı soyqırım törədərkən top atəşi minarəni zədələmişdir.

Oxunub: 332

Əlavə olunub: 23.06.2022 20:30

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz