Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Aza körpüsü

Aza körpüsü Ordubad rayonunda Gilançayın üzərində yerləşən memarlıq abidəsidir.
Mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında inşa edilmişdir.
XVII əsrə aid edilən körpü qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Darkənd və Aza kəndlərini birləşdirən Aza körpüsünün qərb tərəfini güclü sel dağıtdıqdan sonra körpü 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuşdur.

Oxunub: 379

Əlavə olunub: 21.07.2022 10:49

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz