Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Natiq Mustafayev dünyasını dəyişib

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin kollektivi bildirir ki, bu gün Mərkəzin Elmi işləri üzrə direktor müavini Natiq Mustafayev dünyasını dəyişib.

Natiq Kamal oğlu Mustafayev 23 may 1960-cı il tarixində anadan olmuşdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Fortepiano ixtisası üzrə bitirmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Pedaqogika üzrə fəlsəfə doktorudur.
Natiq Mustafayev müxtəlif dövrlərdə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində metodist, baş metodist və Bədii təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Allah rəhmət eləsin!

Oxunub: 898

Əlavə olunub: 28.04.2020 16:02

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz