Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
İyulun 9-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə çalışan əməkdaşların attestasiyası ilə əlaqədar onlayn məlumatlandırıcı görüş keçirilib.
100-ə yaxın muzey əməkdaşının iştirak etdiyi görüş “Zoom” platforması üzərindən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) dəstəyi ilə təşkil olunub.
Attestasiya prosesinin keçirilmə qaydaları, əsas məqsədi, tətbiq edilən mexanizm və qiymətləndirmə meyarları, hüquqi aspektlər haqqında Mədəniyyət Nazirliyinin sektor müdiri Necmə Abdullayeva, MEMİM-in direktor müavini Yaşar Zeynalov və Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli ətraflı məlumat veriblər.
Qeyd olunub ki, attestasiya prosesi işçilərin peşəkar bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, eləcə də muzey sahəsində fəaliyyətin keyfiyyətinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Daha sonra ekspertlər tərəfindən görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Oxunub: 590
Əlavə olunub: 10.07.2026 11:31