Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Müxtəlif dinlərin maddi-mədəni irsi (VİDEO)

Cari ilin 29 noyabr tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxitisasartırma Mərkəzi tərəfindən Müqəddəs Məryəm Katolik kilsəsində Beynəlxalq Tolerantlıq Günü çərçivəsində “Müxtəlif dinlərin maddi-mədəni irsi (Qarabağ konteksində) və dinlərdə musiqi” adlı konfrans təşkil edilmişdir.
 
Tədbirdə ilahiyyatçı Hacı Şahin Həsənli, Azərbaycan Respublikasındakı Katolik Kilsəsinin keşişi Yozef Marek ata və Katolik Kilsəsinin Apostol Prefekturasının məlumat şöbəsinin katibi Toral Ağayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorun müavini Hətəm Gülməmmədov, Bakı Yeparxal İdarəsinin əməkdaşı protiyerey Dionisiy Sveçnikov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya şöbəsinin müdiri Yadigar Məmmədli, İslam Universitetinin İctimai elmlər kafedrasının müdiri Elvin Talışinski, müstəqil araşdırmaçı jurnalist, səyyah Ağa Mehdiyev məruzəçi qismində iştirak etmişdirlər.
 
İştirakçılar tərəfindən Azərbaycanda mövcud olan multikultural dəyərlər, konferssiyalararası sıx münasibət, ölkəmizdə qədim tarixə malik tolerantlıq, qarşılıqlı hörmət və anlaşma məsələləri müzakirə olunmuşdur. Eyni zamanda tədbir çərçivəsində “Dində musiqi” və işğaldan azad olmuş ərazilərin maddi–mədəni abidələrlə bağlı geniş maarifləndirici məruzələr dinlənilmişdir. Tədbirin bədii hissəsində ümumbəşər-dini musiqilər səsləndirilmişdir. Konfransın məqsədi konfersiyalararası əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.
 
 
 

Oxunub: 407

Əlavə olunub: 30.11.2021 19:49

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz