Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Müslüm Maqomayev anadan olub (1885-1937)

18 sentyabr 1885-ci il tarixində Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri, məşhur bəstəkar Müslüm Maqomayev anadan olub (1885-1937).

1927-ci ildə onun redaktəsi ilə "Azərbaycan Türk Xalq Mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılıb və işlənib) nəşr olunub.

Bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim olan M.Maqomayev Azərbaycan musiqisində Avropa stilində ilk operanın ("Nərgiz", 1935), həmçinin “Şah İsmayıl” operasının müəllifidir (1916). Müğənni, bəstəkar Müslüm Maqomayevin babası, kinorəssam Məhəmməd Maqomayevin atasıdır.

Oxunub: 622

Əlavə olunub: 18.09.2020 15:01

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz