Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Musiqi və elm” adlı vebinar keçirilib

Cari ilin 20 oktyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Musiqi və elm” adlı vebinar keçirilib.
 
Mərkəzin 2021-ci ilin ikinci yarımili üçün nəzərdə tutulan İş planına əsasən təşkil edilmiş vebinarın keçirilməsində əsas məqsəd musiqi elminin müxtəlif illərdə inkişaf mərhələlərinə nəzər salmaq, musiqinin insan beyninə təsiri ilə yanaşı, həmçinin onun bilavasitə insan təfəkkürünün formalalaşmasında önəmli rolundan bəhs edilərək bu və ya digər məsələlərə aydınlıq gətirməkdən ibarətdir.
 
Sözügedən vebinarda Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə “Musiqişünaslıqda elmi araşdırmaların rolu”, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva “Musiqinin insan beyninə təsiri və ifaçıda abstrakt təfəkkürün formalaşması”, Ali Rıza Özkan (Türkiyə) “Türkiye’de müziğin dönüşümü - Halk müziğinden modern müziğe”, eyni zamanda tədbirdə “Musiqi elmində bəstəkar yaradıcılığının araşdırılması”, “Nizami və musiqi”, “Azərbaycan musiqi elmində səslərin möcüzəsi”, “Uşaq Musiqi Məktəblərində Azərbaycan musiqisinin tədrisi” kimi mövzularda da çıxışlar olmuşdur.
 
Vebinarda dəvət olunan mütəxəssislərlə yanaşı Azərbaycan Respublikasında fəaliyyət göstərən bədii təhsil müəssisələrinin rəhbərləri və müəllim heyəti iştirak etmişlər.

Oxunub: 425

Əlavə olunub: 20.10.2021 15:28

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz