Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Muğam milli sərvətimizdir” adlı onlayn seminar

Cari ilin 26 avqust tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Muğam milli sərvətimizdir” adlı onlayn seminar təşkil edilmişdir.

Seminarın keçirilməsində əsas məqsəd xalqımızın şərəfli və keşməkeşli yolunu səslərlə əbədiləşdirən muğamlarımızın tarixi, milli mədəniyyətimizdəki rolu, böyük ustadların həyat və yaradıcılığı, dövlətimizin mədəniyyətimizə, o cümlədən muğam sənətinə, onu yaşadanlara böyük diqqəti və digər istiqamətlər üzrə müzakirələrin aparılması olmuşdur. Tədbirdə Azərbaycan Milli Konservatoriyası, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı şəhəri C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin bu sahələr üzrə araşdırmalar aparan alim, mütəxəssis və tədqiqatçıları çıxış etmişlər.

Muğam milli sərvətimizdir, əsrimizin muğam mənzərəsi, xanəndəlik sənətinin inkişafında muğamın rolu və əhəmiyyəti, Heydər Əliyev Fondunun muğam layihələri, ustad tarzənlərin muğam üslubları, muğam ifaçılığında Xan Şuşinski məktəbi, instrumental muğamlar, muğam sənətində qadın yaradıcılığının rolu və digər istiqamətləri əhatə edən çıxışlarda bu janrın inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanıb.

Seminarda dəvət olunan qonaqlarla yanaşı, uşaq musiqi və incəsənət məktəblərinin müəllim heyəti, Bakı şəhər və regional mədəniyyət idarələrinin əməkdaşları iştirak etmişlər.

Oxunub: 405

Əlavə olunub: 30.08.2021 16:28

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz