Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Müəllimlərin işə qəbulu təxirə salınır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müvafiq islahatların aparılması ilə əlaqədar nazirliyin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə 2020/2021-ci tədris ilinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqənin keçirilməsi təxirə salınır.

Sözügedən müsabiqənin keçirilməsi ilə bağlı müvafiq qərar olduğu təqdirdə bu barədə ictimaiyyətə geniş məlumat veriləcək, Nazirliyin rəsmi saytında (mct.gov.az) və "Facebook" səhifəsində, Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalında (www.music.mctgov.az), habelə kütləvi informasiya vasitələrində elan yerləşdiriləcək.

Oxunub: 612

Əlavə olunub: 06.10.2020 07:30

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz