Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Molla Nəsrəddin və azərbaycançılıq ideologiyası”

2021-ci ilin 7 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində “Molla Nəsrəddin və azərbaycançılıq ideologiyası” mövzusunda vebinar keçirilib.
 
“Molla Nəsrəddin” jurnalının 115 illik yubileyinə həsr olunmuş vebinar Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarım ili üçün İş Planına əsasən gerçəkləşib.
 
Tədbirin keçirilməsində məqsəd jurnalda geniş əks olunan elm, təhsil, azad mətbuat, azərbaycançılıq, qadın azadlığı, mədəniyyət, incəsənət, milli dəyərlər və digər istiqamətlər üzrə təhlil və müzakirələrin aparılması olmuşdur.
 
Vebinarda Azərbaycan Milli Konservatoriyasının İctimai fənlər üzrə kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Firuddin Qurbansoy, “Xalq” qəzetinin mədəniyyət şöbəsinin redaktoru, Əməkdar jurnalist Tahir Rüstəmov, Bakı şəhər Cəfər Cabbarlı ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Cəfər Cabbarlı mükafatı laureatı Qəmər Seyfəddinqızı, Əzim Əzimzadənin ev-muzeyinin direktoru İradə Əzimzadə, Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova, habelə Naxçıvan şəhər Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Aytən Ələkbərova və Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev-muzeyinin direktoru Rəqsanə Xəlilzadə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Bəhlul Abbasov və bu sahələr üzrə araşdırmalar aparan alim, mütəxəssis və mətbuat nümayəndələri, eyni zamanda Mərkəzin əməkdaşları, regional mədəniyyət mərkəzlərinin, muzeylərin rəhbərləri və teatr aktyorları iştirak ediblər.
 
Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” jurnalının rolu, Sabir irsinin tədqiqi və öyrənilməsində yeni mərhələ, jurnalın fəaliyyətində Cəfər Cabbarlı münasibəti, Əzim Əzimzadə yaradıcılığı, “Molla Nəsrəddin” jurnalının müasiri olan “Kirpi” jurnalı və digər istiqamətlər üzrə vebinarda iştirak edənlərin çıxışları zamanı jurnalın Azərbaycan mətbuat tarixinin ən şərəfli səhifəsi olduğu xüsusi vurğulanıb.
 
Xatırladaq ki, 7 aprel 1906-cı il tarixində “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərmişlər.

Oxunub: 795

Əlavə olunub: 08.04.2021 13:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz