Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mogilyovda VII beynəlxalq forum keçirildi

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəz beynəlxalq forumda iştirak edib.
Ənənəvi olaraq iki ildən bir Belarus Respublikasının Mogilyov şəhərində keçirilən “Ənənəvi mədəniyyət cəmiyyətin davamlı inkişafı üçün strateji resurs kimi” adlı VII beynəlxalq forum bu il 16-20 may tarixlərində baş tutmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri də adıçəkilən forumda iştirak etmişdirlər.
 
10-a yaxın ölkədən 35-dən çox iştirakçının qatıldığı forumda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri “Multikulturalizmin Azərbaycan modeli millətlərarası münasibətləri sabitləşdirən amil kimi” adlı məruzə ilə çıxış etmişlər.
 
Forumun ikinci günündə iştirakçı ölkələr öz mədəniyyət nümunələrini təqdim etmiş, fərqli ölkələrdə ənənəvi mədəniyyətin qorunmasına və gələcək nəsillərə ötürülmə mexanizmlərinə dair fikir mübadiləsi aparmışlar. Bu istiqamətdə icra edilən kreativ layihələrin sayının artırılması, ənənəvi mədəniyyətin müasir metod və üsullar vasitəsilə gənc nəsilə aşılanması məsələsi forumda müzakirə edilən əsas mövzulardan birinə çevrilmişdir. Bu istiqamətdə iştirakçılar qonaqlara icra etdikləri layihələr haqqında ətraflı məlumatı təqdim etdilər.
 
Forumun yekununda mədəniyyətin müxtəlif aktual mövzularına toxunan iştirakçılar sahənin inkişafı və qorunması üçün birgə bəyənnamə imzaladılar.
Forum çərçivəsində iştirakçılar Mogilyov vilayətinin mədəniyyət müəssisələri və folklor kollektivləri, müxtəlif sənətkarların əl işləri və iş prosesi ilə yaxından tanış olmuşlar.
 
Forumun nəticələrinə dair təşkil edilən dəyirmi masada Azərbaycan Respublikasının aidiyyatı üzrə mədəniyyət müəssisələri ilə Belarus Respublikasının mədəniyyət müəssisələri arasında daha sıx əlaqələrin qurulmasına, mədəniyyət sahəsində insan kapitalının inkişafına dair əməkdaşlığın daha da gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsinə dair razılıq əldə olunmuşdur.

Oxunub: 362

Əlavə olunub: 09.06.2022 10:30

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz